PAŞA Sığorta məsuliyyətli sürücüləri KASKO-ya 30 faizə qədər endirim qazanmağa dəvət edir

Sürücülərin yol hərəkəti qaydalarına daha məsuliyyətli yanaşmasını təmin etmək məqsədi ilə PAŞA Sığorta 23 noyabr - 23 dekabr tarixlərində sürücülər üçün “Məsuliyyətli sürücüyə biz cavabdehik” kampaniyası keçirir. Kampaniya çərçivəsində Gənclik MALL AVM-də PAŞA Sığorta şirkəti tərəfindən hazırlanmış “Məsuliyyətli sürücüyə biz cavabdehik” stendində quraşdırılmış xüsusi planşetlərdə sürücülər Yol Hərəkəti Qaydalarına aid suallara düzgün cavab verməklə Kasko sığortasına 30%-ə qədər endirim əldə edə biləcəklər.
Belə ki, PAŞA Sığorta 10 sualdan 10-na doğru cavab verən şəxslərə 30%, 9-na doğru cavab verən şəxslərə 20%, 8-nə doğru cavab verən şəxslərə 15%, 7-nə doğru cavab verən şəxslərə isə 10% Kasko sığortası üçün endirim mükafatı təqdim edəcək.
7–dən az suala düzgün cavab verən sürücülər də yarışı hədiyyəsiz tərk etməyəcək, şirkət tərəfindən bütün iştirakçılara müxtəlif hədiyyələr təqdim olunacaq. Kampaniyada hər kəsin yalnız bir dəfə iştirak etmək şansı var.
Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holding qrupunun üzvü olan PAŞA Sığorta korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










