"Porsche"-dən ən güclü 911 Turbo - FOTO

Porsche şirkəti flaqman sportkarı 911 GT2 RS-in buraxılışı ərəfəsində məhdud sayda istehsal olunacaq xüsusi modifikasiyalı 911 Turbo S barədə elan verib. Eksklüziv işləmələr, xüsusi olaraq hazırlanmış qol saatları və dəri çantalar dəsti ilə yanaşı, sportkara, həmçinin nadir xüsusiyyətlər əlavə olunacaq. Porsche 911 Turbo S Exclusive Series 3,8-litrlik turbolaşdırılmış mühərrikini qoruyub saxlayıb, lakin onun məhsuldarlığı 607 a.g.-ə qədər (+27 a.g.) artıb.
Bu, standart sportkarın mühərrikindən güclüdür. Nəticədə, yenilik 100 km/saata 2,9 saniyəyə, 200 km/saata 9,6 saniyəyə sürətlənir. Xüsusi 911 Turbo S-in maksimal sürəti isə 330 km/saatdır. Müqayisə üçün deyək ki, standart Turbo S-ə yalnız xüsusi Sport Chrono paketi quraşdırıldıqdan sonra o, ilk yüzlüyə 3 saniyədən tez sürətlənir. Təkmilləşdirilmiş mühərrikdən başqa, yenilik üçün standart ləvazimatlara karbon-keramik əyləclər, qara supportlar, makranın sarı loqotipi, adaptasiya olunmuş asma, 20-düymlük qara-sarı təkər diskləri və tam idarə olunan şassi daxildir.
Eksklüziv 911 Turbo S-i Golden Yellow adlı xüsusi rəngli ban ilə tanımaq olacaq. O, həmçinin qara xətlərə və karbondan olan bəzi aerodinamik detallara malikdir. İstehsalçının sözlərinə görə, əgər müştəri onların seçdikləri rəngin çox parlaq olduğunu düşünsə, Porsche digər variantlar da təklif etməyə hazırdır. İnteryerin rəngi isə dəyişilməyəcək: kupenin salonu qara dəri və perforasiyalı, sarı tikişləri olan alkantara və karbon ilə işlənilib. Bundan əlavə, qabaq oturacaqların başaltıları tematik tikişlərlə bəzədilib.






Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
Bu qurumların nəqliyyat vasitələri ucuz qiymətə satışa çıxarılır: 3750 manatdan ... - SİYAHI
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...








