Prezidentdən avtomobil istehsalına dəstək - "İlk müştəri özüm olacam"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli avtomobil istehsalı layihəsini həyata keçirmək üçün bir neçə şirkət rəhbəri ilə görüş keçirib. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş sonunda Ərdoğan, Baş nazir Binəli Yıldırım və “Anadolu Grubu”, BMC, “Kıraça Holding”, “Turkcell Grubu”, “Zorlu Holding” şirkətləri arasında protokol imzalanıb. Ərdoğan tədbirdə çıxışı zamanı bu vaxta qədər yerli avtomobilin istehsal edilməməsinin Türkiyənin bir eybi olduğunu deyib: “Artıq bu tədbirdə yerli avtomobil istehsalı üçün ilk addımı atırıq. Əgər ürəkli dostlarımız belə bir ideya ilə qarşımıza çıxıblarsa, bizə də onlar lazım olan yerdə dəstək vermək düşər. İndidən elan edirəm, satışa çıxacaq ilk avtomobilin qiymətini ödəmək şərti ilə ilk müştərisi mənəm”.
Türkiyə prezidenti avtomobilin prototipinin ən gec 2019-cu ildə hazır olması, satışa isə 2021-ci ildə başlanılması üçün göstəriş verib: “Məsələ sadəcə avtomobil istehsal etmək deyil. Keyfiyyəti, yüksək texnologiyası ilə də dünyaya meydan oxuyacaq iş ortaya qoyulmalıdır”.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur











