Putinin maşını satışa çıxarıldı – VİDEO-FOTO

2012-ci ildə məxsusi olaraq Rusiya prezidenti Vladimir Putin üçün hazırlanan limuzin satışa çıxarılıb. Maşını almaq istəyən 1,2 milyon dollar ödəməli olacaq. Avtomobilin satılması barədə müvafiq elan nadir kolleksiya avtomobillərinin satışı ilə məşğul olan saytda dərc olunub. Putinin istifadə etdiyi "ZİL- 4112R" limuzinin yürüşü 143 kilometrdir. Maşın elektrik şüşəqaldırıcı, bar, soyuducu, monitor və iqlimə nəzarət sistemi ilə təchiz olunub. Avtomobilin mühərriki injektorla çalışır, təkərləri 18 düym təşkil edir. 3,5 ton çəkiyə malik maşın gülləkeçirməzdir.
Qeyd edək ki, 2012-ci ilin dekabr ayında "İzvestiya" qəzeti Rusiya prezidenti Vladimir Putinin ilk şəxslər üçün nəzərdə tutulan "ZİL- 4112R" limuzini yararsız hesab edib. Nəşrin məlumatına görə, dövlət başçısı maşını yoxladıqdan sonra orada bir sıra nöqsanlar tapıb. Lakin sonradan Kremlin mətbuat xidməti bu məlumatı təkzib edib.
Dövlətin ilk şəxslər üçün avtomobillər "Kortej" layihəsi çərçivəsində hazırlanır. Rusiyanın "AMO ZİL" zavodu ilk şəxslər üçün nəzərdə tutulmuş limuzinlərlə yanaşı sedan tipli avtomobillər də istehsal edir.
Yaxın zamanlarda Vladimir Putin üçün nəzərdə tutulan yeni limuzinin hazırlanması yekunlaşır. Rusların dünyanın ən etibarlı limuzini adlandırdığı avtomobil 800 at gücündə mühərriklə 6 ton çəkiyə malik olacaq. Limuzinin xarici görünüşü isə “Rolls Royce”a bənzəyəcək. Layihə üçün ilkin olaraq 50 milyon rubl (990 000 manat) maliyə müəyyən edilib. 2018-ci ildə istehsal ediləcək limuzinin ilk buraxılışı Rusiya prezidenti Vladimir Putin üçün sifariş edilib.
anspress
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək














