“Rolls-Royce” tarixində ən böyük sifarişi yerinə yetirib - FOTO

“The 13 Holdings Ltd.” şirkətinin İdarə Heyətinin sədri Stiven Hunun (Stephen Hung) fərdi sifarişi əsasında hazırlanmış 30 “Rolls-Royce Phantom” avtomobili “Rolls-Royce”un Qudvuddakı (İngiltərə) zavodunu tərk edib. Avtosfer.az xəbər verir ki, brendin tarixində ilk ən böyük sifariş olan unikal “Phantom” donanması açılışı 2017-ci ildə Makaoda (Çin) planlaşdırılan “The 13” mehmanxanası üçün hazırlanıb. Bu ilin əvvəlində Cenevrədə keçirilən beynəlxalq avtosalonda bu unikal seriyanın ilk avtomobilinin açarının təqdimetmə mərasimi baş tutub. Stiven Hunla sıx əməkdaşlıq çərçivəsində “The 13” hotelinin xüsusi rənglərində hazırlanmış kolleksiya uzadılmış təkər bazalı 30 “Phantom”dan ibarətdir. Donanmanın yaraşığı işlənməsində yüksək əyarlı qızıldan istifadə olunan iki “Gold” avtomobilidir.
Bütün modellərin gövdəsi məhz bu sifariş üçün hazırlanmış “Stephen Red” boyası ilə rənglənib. Korpus boyunca irəliləyən ikili dekorativ qızılı xətt hotel üslubunda hazırlanmış unikal qrafik elementə keçir. 21 düymlük təkər diskləri də “Stephen Red” rəngində işlənilib.
Effektiv xarici dizayn avtomobil salonundaki düşünülmüş elementlərlə vəhdət təşkil edir. Xüsusi texnologiya ilə işlənmiş ağac detallarının rəngi “Stephen Red” palitrasını vurğulayır, arxa oturacaqların şahmat naxışları da öz növbəsində “The 13”ün mərmər zalını xatırladır. Qurğu panelinə yerləşdirilən saat “Graff” zərgərlik atelyesi ilə birgə hazırlanıb.
“Gold” modelləri xüsusi qonaqlar üçün nəzərdə tutulub. “Ruhun ekstazı” fiquru və əfsanəvi “Pantheon”un radiator barmaqlıqları qızıl, “Rolls-Royce” monoqramı isə süni brilyantdan hazırlanıb. Avtomobil salonunun dizaynında da qiymətli metallardan istifadə olunub. Avtomobilin hazırlanması zamanı cüzi miqdarda qızıl da əlavə edilmiş unikal “Stephen Red” boyasından istifadə olunub.
Fidan
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur












