Rus maşınları Azərbaycanda lizinqlə satılacaq

Fevraldan etibarən Bakıda rus avtomobilləri lizinqlə satılacaq. Bu barədə fins.az-a rus avtomobillərinin rəsmi idxalçısı “Xəzər-Lada” şirkətinin texniki direktoru Şəmsəddin Şəmsəddinov bildirib. Onun sözlərinə görə, lizinq yenicə yaradılan "Xəzər-Lada-Lizinq" MMC tərəfindən veriləcək. Hazırda şirkət Vergilər Nazirliyindən qeydiyyatdan keçib, ştatlar müəyyənləşdirilir.Lizinqlə satış şərtləri dəqiqləşdirilir. Fevral ayında isə satışlara başlanacaq. Ş.Şəmsəddinov rus avtomobillərinin hazırki qiymətlərinə də aydınlıq gətirib.Belə ki, hazırda salonda satılan “Lada”ların qiymətləri dəyişməyib.Yəni delavasiyadan əvvəlki qiymətə satılır. Məsələn, 1.7lmühərikli 2015-ci il model “Niva” 8900 manata, 1.6 l 2015-ci il model “Lada Kalina” 9 min manata, eyni istehsal tarixli və eyni mühərrikli “Lada Priora” 10700 manat, “Lada Granta” isə 9300 manata satılır. Yeni gətiriləcək avtomobillər isə bahalaşacaq.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










