Rus maşınları lizinqlə və manatla satılacaq - "Niva" 8900 manat

Avtobazar 24 Yanvar 2016 02:47 Oxunub 10556
Rus maşınları lizinqlə və manatla satılacaq - "Niva" 8900 manat
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lizinqlə satış şərtləri dəqiqləşdirilir, fevralda satışlara başlanacaq

Fevral ayından etibarən Bakıda rus avtomobilləri lizinqlə satılacaq. Bu barədə fins.az-a rus avtomobillərinin rəsmi idxalçısı "Xəzər-Lada" şirkətinin texniki direktoru Şəmsəddin Şəmsəddinov bildirib. Onun sözlərinə görə, lizinq yenicə yaradılan "Xəzər-Lada-Lizinq" MMC tərəfindən veriləcək. Hazırda şirkət Vergilər Nazirliyindən qeydiyyatdan keçib, ştatlar müəyyənləşdirilir. Lizinqlə satış şərtləri dəqiqləşdirilir. Fevral ayında isə satışlara başlanacaq. Ş.Şəmsəddinov rus avtomobillərinin hazırki qiymətlərinə də aydınlıq gətirib.Belə ki, hazırda salonda satılan "Lada"ların qiymətləri dəyişməyib.Yəni delavasiyadan əvvəlki qiymətə satılır. Məsələn, 1.7lmühərikli 2015-ci il model "Niva" 8900 manata, 1.6 l 2015-ci il model "Lada Kalina" 9 min manata, eyni istehsal tarixli və eyni mühərrikli "Lada Priora" 10700 manat, "Lada Granta" isə 9300 manata satılır. Yeni gətiriləcək avtomobillər isə bahalaşacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh