Sənəd imzalamadan maşın aldı, başına iş açdı - VİDEO

Heç bir sənəd imzalamadan maşın aldı, başına iş açdı. Lənkəran şəhər sakini Mais Nəhmətov 2014-cü ildə avtomobil almaq qərarına gəlib. O, tanışı Nizami İsmayılovun sürdüyü avtomobilini bəyənib. Lakin avtomobil Bakı sakini Saleh İbrahimova məxsus olub. Maşın Saleh İbrahimovun adında olsa da Alqı-satqı zamanı onun bacısı oğlu Nurşad Maislə sövdələşib. Mais heç bir sənəd imzalamadan bir -iki nəfərin şahidliyi ilə əvvəlcədən müəyyən miqdarda pulu ödəyərək maşını alıb. Onun problemi də bundan sonra başlayıb. Rəsmi sənədlərə görə maşının sahibi olan Saleh İbrahimov etibarnamə verməkdən imtina edib. O, belə izah edib ki, avtomaşın satılana qədər onu icarəyə götürən Nizami İsmayılovun 300 AZN borcu ödənilməmiş qalıb. Avtomobili satan Nurşad Hüseynli isə bildirir ki, hazırda rəhmətə gedən Nizami İsmayılovun ona 300 manat bocu olub. Maşın maisə satılan zaman da öz aralarında razılaşıblar ki, Nizaminin qalan 300 manatını da mais ödəyəcək. Bu borc həmin borcdur.
Hazırda Mais sənədləri qaydasında olmadıgına görə avtmobili idarə edə bilmir. Bu məsələ ilə baglı ekspertlər bildirir ki, hər hansı alqı-satqı zamanı sonradan problem çıxmasın deyə vaxtında natariıs təsdiqli müqavilə sənədi imzalanmalıdır.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










