"Suzuki Motors" alıcılarını aldadıb

Yaponiyanın nəhəng avtomobil şirkəti "Suzuki Motors" avtomobillərin sınaq qaydalarını pozduğunu etiraf edib. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda bildirilir. Şirkətin avtomobillərin atmosfer tullantıları və yanacaq sərfiyyatı effektivliyi ilə bağlı keçirdiyi testlər Yaponiya tənzimləyici orqanlarının tələblərinə uyğun olmayıb.
"Suzuki" şirkəti düzgün testlərin nəticələrini təqdim edərək bildirib ki, məlumatları dəyişdirməyə ehtiyac yoxdur. Düzgün olmayan vasitələrlə sınaqdan keçirilən 16 model avtomobil hazırda dünyanın müxtəlif ölkələrində satılır. Onlar 2010-cu ildə istifadəyə verilib. Doğru olmayan metodlarla 2.1 milyon avtomobil sınaqdan keçirilib. Bundan sonra yalnış metodlarla heç bir avtomobil sınaqdan keçirilməyib. Məlum olub ki, doğru olmayan metodlarla sınaqdan keçirilən avtomobillər xaricdə satılan avtomobil şirkətlərinə tətbiq edilməyib. Daha əvvəl yapon xəbər agentliyi Kiodonun yaydığı məlumata görə, şirkət avtomobillərin sınaqdan keçirilməsində qanunları pozduğunu etiraf etmək istəyir.
Bu xəbər Suzuki səhmlərinin kotirovkalarda kəskin düşməsi ilə nəticələnib. Yaponiya Nəqliyyat Nazirliyi bütün avtomobil istehsalçılarını dövlət normalarına uyğun metodlar haqqında hesabat verməyə məcbur edib. Oxşar qalmaqallı hadisə "Mitsubishi Motors" şirkətində də yaşanıb. Aprelin sonlarında şirkət etiraf edib ki, minik maşınlarının yanacaq sərfiyyatı haqqında qəsdən yalnış məlumat verib. Daha sonra şirkət bəyan edib ki, 1991-ci ildən qeyri-qənaətbəxş sınaq üsullarından istifadə edib.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











