"Tesla"nın qiyməti "Ford"u ötüb, "GM"-ə çatmaq üzrədir

ABŞ-ın "Tesla" avtomobil şirkətinin səhmləri birja qiymətinin artması nəticəsində dünən, aprelin 3-də "Ford" şirkətinin səhmlərini üstələyərək artıq "General Motors"un kağızlarına yaxınlaşıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu məlumat "CNN" telekanalının ekspertləri tərəfindən açıqlanıb. Nyu-York Fond Birjasında aprelin 3-də keçirilən hərraclarda 14 il bundan əvvəl, 2003-cü ildə qurulan "Tesla"nın səhmləri 7,27% bahalaşaraq bir lot üçün 298,5 dollara çatıb. Nəticədə, şirkətin bazar dəyəri 48 mlrd. dollar təşkil edib. Əksinə, təsis illəri arasında tam 100 il fərq olan, yəni 114 il əvvəl qurulan "Ford"un səhmləri isə 3% ucuzlaşıb, şirkətin dəyəri 45 mlrd. dollara enib. Bununla yanaşı, "General Motors" şirkətinin səhmləri dünənki hərracda 4% azalma göstərib və nəticədə, şirkətin qiyməti 50,8 mlrd. dollar geriləyib. Xatırladaq ki, "Honda" şirkətinin bazar dəyəri hazırda 54 mlrd. dollar təşkil edir.
"Tesla"nın səhmlərinin qiymətinin artmasına səbəb şirkətin dünən açıqladığı hesabat olub. Hesabatda şirkətin 2017-ci ilin ilk rübündə satışını illik müqayisədə 69% artıraraq 25 418 ədədə çatdırması olub.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











