"Toyota" işini bərpa etdi

"Toyota Motor" avtomobil şirkəti Yaponiyadakı 16 zavodunda istehsal prosesini tam bərpa edib. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, fevralın 8-də həmin zavodlarda bəzi hissələr üçün xüsusi polad çatışmadığına görə iş dayandırılmışdı. Nəticədə şirkət ötən müddətdə 70-80 min avtomobil istehsal edə bilməyib.
Şirkətin Aiçi prefekturasında xüsusi polad istehsal edən zavodu isə partlayış baş verdiyinə görə, fəaliyyətini müvəqqəti dayandırmışdı. Fevralın 8-də baş vermiş hadisə nəticəsində heç kim xəsarət almasa da, istehsal xətlərindən biri ciddi zədələnmişdi. Zavodda bərpa işlərinin martda başa çatdırılacağı gözlənilsə də, "Toyota Motor" hazırda başqa tədarükçü ilə razılıq əldə edib.
Xatırladaq ki, "Toyota Motor" 2015-ci ildə rekord miqdarda avtomobil sataraq, dünya üzrə birinci yeri tutmuşdu. Şirkət cari ildə 10,2 milyon avtomobil istehsal etməyi planlaşdırır və bunun 4 milyonu Yaponiyada buraxılacaq.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










