"Toyota"nın 6 milyona yaxın avtomobili zay çıxdı - SƏBƏB

Yaponiyanın avtomobil şirkəti “Toyota” təhlükəsizlik yastıqlarında olan problemə görə dünya üzrə 5,8 milyon avtomobili geri çağırır. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, şirkətin yaydığı bəyanatda bildirilib ki, geri çağrılan avtomobillər 2000-ci və 2004-cü illərdə istehsal edilən, o cümlədən“Corolla” və “Yaris” modelləridir. Ümumiyyətlə, ilk dəfə deyil ki, “Takata” şirkətinin təhlükəsizlik yastıqları ilə təchiz olunan avtomobillər geri çağrılır. Bundan əvvəldə bir neçə avtomobil istehsalçıları bəyan ediblər ki, “Takata”nın təhlükəsizlik yastıqları avtomobil hərəkətdə olan zaman öz-özünə açıla bilər. Bu qurğunun balaca dəmir detalları maşının salonuna uçub həm sürücüyə, həm də sərnişinlərə zərər verə bilər.
“Toyota”nın mətbuat xidmətinin məlumatına görə, nöqsanı olan təhlükəsizlik sistemi böyük fəsadlara gətirib çıxara bilər.
Xatırladaq ki, "Toyota" bundan əvvəl də bir neçə dəfə avtomobillərini geri çağırmaqla bağlı bəyanatlar yayıb. Bu maşınların istehsalı zamanı konstruktiv qüsurlar və səhvlərlə bağlı olub.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur











