"UAZ" Azərbaycana avtomobil ixracını artırmağı planlaşdırır

Ulyanovsk Avtomobil Zavodu ("UAZ") il ərzində xarici avtomobil bazarlarına 20 min avtomobil ixrac etməyi planlaşdırır. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə zavoddan məlumat verilib. Məlumata görə, "UAZ" zavodu yaxın iki ildə Latın Amerikasında, Yaxın Şərqdə və Cənub-Şərqi Asiyada əsas bazarları üçün rəsmi nümayəndəlik açacaq. "UAZ" zavodunun İxrac Departamentinin rəhbəri Andrey Doroveevin sözlərinə görə, şirkətin əsas hədəfi MDB, yaxın xarici ölkələrin bazarlarında satış həcminin bərpası, həm də yeni, uzaq bazarlara çıxmaqdan ibarətdir. Müəssisə eləcə də yeni maliyyə alətlərindən istifadə etməyi, dövlətlərarası kreditləşmə proqramı hazırlayaraq çoxlu müştərini və xarici distrübutorların pul təchizatını, yeni tərəfdaşları etməyi planlaşdırır.
Xatırladaq ki, zavod 2016-cı il qışın əvvəlində Belarusun İnkişaf Bankı, "BelVEB" bankı, Xarici İnkişaf Bankı ilə əməkdaşlıq haqqında saziş bağlayıb. Zavod 2017-ci il ərzində Azərbaycan, Qazaxıstan və Qırğızıstanla da bu cür sazişin bağlanmasını planlaşdırır.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










