Üç qurum “NAZ-Lifan”dan 5 ayda satılan qədər maşın aldı

Prezident İlham Əliyevin yerli istehsalın artırılması ilə bağlı dövlət məmurlarına Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan avtomobilləri almalarını tövsiyə etməsindən sonra müraciətlərin sayında artım olduğunu deyən direktor Musa Abdullayev Modern.az saytına konkret 3 şirkətə avtomobil satdıqlarını bildirib: “Təkliflər çoxdur, amma bunu reallaşdıranlar da olub. Bunlar Gəncə Avtomobil Zavodu, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti və “Azpetrol”dur. Bu 3 şirkətin əldə etdiyi avtomobillər bizim 5 aya satdığımız avtomobillərin sayına bərabərdir. Sifarişlər çoxdur, biz də bu istiqamətdə işləri davam etdiririk”.
M.Abdullayev deyib ki, həmin şirkətlərə satılan avtomobillər hələlik iki markadır: “Bunlar əlimizdə olan “Lifan Jeep” və “Lifan 720” avtomobilləridir. Bütün sifarişləri də qəbul edirik. Hazırda Çində Yeni il bayramı qeyd olunur. Buna görə də durğunluq var. Biz planlaşdırırıq ki, fevralın 14-15-də böyük nümayəndə heyətilə Çinə səfər edək. Görüş zamanı əsasən qiymətlərin aşağı salınması nəzərdə tutulub. Biz istəyirik ki, ürəyindən keçən hər kəs bu avtomobili sürə bilsin”.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










