Ucuz qiymətə kənd təsərrüfatı texnikaları satışa çıxarılır – Traktor, kombayn...
Əmlak Məsələləri Dövlət Komitəsi martın 28-də hərraca çıxarılan kənd təsərrüfatı texnikalarının siyahısını açıqlayıb. Avtosfer.az-ın Komitəyə istinadən verdiyi məlumata görə, həmin texnikalar Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” ASC-nin Quba, İmişli, Biləsüvar, Quba, Ağcabədi rayon bölmələri tərəfindən hərraca çıxarılır. Hərracdakı texnikalar bunlardır:
Markası İli Qiyməti Beh
1- Taxılyığan kombayn SL-3588 2005 35749 3575
2 - Taxılyığan kombayn SL-3588 2006 36276 3628
3 - Taxılyığan kombayn SK-5ME-1 2006 27315 2732
4 - Traktor YTO-1004 2005 15530 1553
5 - Traktor YTO-1004 2005 16250 1625
6 - Traktor YTO-1004 2005 15294 1529
7 - Traktor YTO-1204 2005 23191 2319
8 - Traktor YTO-1204 2005 19670 1967
9 - Traktor YTO-1204 2005 21569 2157
10 - Traktor FT-1004 2006 21412 2141
11 - Traktor YTO-1254 2006 20304 2030
12 - Taxılsəpən KSD-24 2006 2300 230
13 - Çalaqazan KND 2005 2192 219
14 - Ot dırmığı OT-39 2006 1616 162
15 - Ot biçən KRM-165 2005 804 80
16 - Ot biçən T-165 2006 461 46
17 - Mala ONACD-1 2006 5361 536
18 - Ot küləş presləyən KBLRS 2005 15020 1502
19 - Taxılsəpən ONHBM-24 2006 3652 365
Qeyd: 1-19-cu sətirdə Kənd Təsərrüfatı Nazirliyi “Aqrolizinq” ASC-nin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır
Qeyd:
Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
Emin