"Volkswagen" satış həcminə görə dünya lideri olub

Yaponiyanın "Toyota" konserni avtomobillərin satış həcminə görə dünya liderliyini Almaniyanın "Volkswagen" brendinə təhvil verməli olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hesabata görə, 2016-cı ildə "Toyota" şirkəti 10,175 mln. maşın satıb. Bu, 2015-ci illin göstəricisindən 0,2% çoxdur. Bu rəqəmlər təkcə "Toyota" avtomobil markasını deyil, həm də "Hino Motors" yük maşınları, "Daihatsu" və "Lexus" modellərini də əhatə edir.
"Volkswagen" isə 2016-cı ildə satış həcmini 3,8%-dək artıraraq, 10,310 mln. avtomobil sata bilib. Bununla da, dizel qalmaqalına görə zərər çəkmiş alman konserni dünyada ən iri avtomobil istehsalçısı olub.
"Volkswagen" konserni "Audi", "Bentley", "Bugatti" və "Lamborghini" kimi lüks avtomobil brendləri ilə yanaşı, "Skoda", "Seat" və digər markaları istehsal edir.
"Bloomberg" yazır ki, "Toyota"nın ötən il ilk növbədə ABŞ olmaqla, ən iri xarici satış bazarlarında markalarının satış həcmi azalıb. "Volkswagen" isə əksinə, Çindəki satışı artırıb.
Lakin bununla belə, hər iki şirkət ABŞ-ın yeni prezidenti Donald Trampın proteksionist siyasətinin güclənməsi sayəsində zərərlə üzləşə bilər.
Çin maşını almaq istəyənlərin diqqətinə! – Daha bu avtomobillər ölkədən çıxarılmayacaq
Yeni məcburiyyət: Bu maşınlar ucuzlaşır
Azərbaycanda avtomobil almaq çətinləşir? - FOTO
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı - FOTO
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...












