"Volkswagen" və "Porsche"-nin "qara günlər"i başlayıb

Almaniyanın "Volkswagen" avtomobil konseri çox ciddi problemlə üzləşib. Konsernin istehsal etdiyi "Volkswagen" modelli avtomobillərlə yanaşı, "Volkswagen"-in tərkibində olan "Porsche" markasının satışa çıxardığı modeldə də ciddi texniki qüsurlar aşkarlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az autobild-ə istinadən bildirir ki, Volkswagen konserni təqribən 800 min avtomobili geri çağırdığını bəyan edib. Səbəb həmin maşınların pedal mexanizmlərindəki qüsurdur. 2011-2016-cı illərdə istehsal olunmuş 391 min Volkswagen Touareg və 411 min Porsche Cayenne maşınları geri çağırılırlar. Bu arada bəlli olub ki, Volkswagen avtokonserni dizel yanacağı qalmaqalı ilə bağlı olaraq geri çağırılması tələb olunan 600 min avtomobillə bağlı ABŞ-ın hakimiyyət dairələri ilə razılaşmaya nail ola bilməyib. Qalmaqal 2015-ci ilin payızında başlanmışdı. Volkswagen avtokonserni ABŞ-da satdığı və dizel mühərriki ilə təchiz olunmuş maşınların dəm qazlarında zərərli maddələrin miqdarını müəyyənləşdirən testlərdə saxtakarlıq etdiyini boynuna almışdı.
Birləşmiş Ştatlarda satılan Volkswagen modellərində zərərli tullantılarla bağlı testlərdən "yan keçməyə" imkan verən proqram təminatının quraşdırıldığı da aşkarlanandan sonra qalmaqal daha da böyüyüb. İndi Volkswagen avtonsernindən dünya miqyasında satdığı avtomobillərdən 11 milyonunu geri çağırmaq tələb olunur.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










