“Xidməti avtomobillər istehsal etməyə hazırıq” - VİDEO

Prezident İlham Əliyevin nazirlər, icra nümayəndələri və sahibkarlarla keçirdiyi son toplantıda onlara yerli istahsal olan mallardan istifadə etməyə dair xəbərdarlığından, xüsusilə məmurlara “Mercedes” əvəzinə Naxçıvanda istehsal olunan maşınlardan istifadəyə dair xəbərdarlığından sonra bu avtomobillərə maraq artıb. Ölkə başçısının müşavirədə yerli məhsullardan istifadə ilə bağlı çıxışında xüsusilə vurğuladığı “Naz Lifan” amtomobilləri məhz Naxçıvanda istehsal olunur. Hazırda zavoda böyük etimad göstərilib, ümidlər bəslənir. Odur ki, fəaliyyət daha da gücləndirilməlidir. Zavodun baş mühəndisi istismarda olan modellərlə tanış etdi. Bu avtomobillər avtomat və mexanki sürət qutusu, təhlükəsizlik yastığı və s. ilə tam təchiz olunub. Avtomobil zavodu hələ 2010-cu ildən fəaliyyət göstərir. İndiyədək 4 min 600-a yaxın avtomobil buraxıb. Ehtiyat hissələri əsasən Çindən gətirilən bu modellər üçün zavodda montaj sahələri yaradılıb. 10 konveyer postu quraşdırılıb. Gələcəkdə isə ehtiyat hissələrinin Naxçıvanda istehsalı planlaşdırılır. Hazırda bu zavod ildə 4 min 500 avtomobil istehsal etmək gücünə malikdir. Sifariş artacağı təqdirdə avtomobil istehsalı da artırıla bilər. Artıq bu zavodda 9 müxtəlif komplektasiya avtmobillər təqdim olunur. Avtomobillərin motor gücü 1.3 həcmdən başlayraq 2.4-ə qədər dəyişir. Avtomobillərə texniki xidmət göstərilir, ehtiyat hissələrilə də təchiz edilir. Zavod yaxın vaxtlarda ikinövbəli iş rejiminə keçməyi planlaşdırır. “Biz dövlət tərəfindən sifarişlərin olacağını gözləyirik. Hazırda bu sifarişləri qəbul etməyə hazırıq. Bu gün xidməti avtomobillər – 720 və 820 modellərinin sifarişçiyə təminatlı bir şəkildə çatdırmağa hazırıq”, - deyə “Naz Lifan”ın baş mühəndisi Rəhim İsmayılov bildirib. Eyni zamanda avtomobilləri test-drayv etmək də mümkündür.
Dövlət başçısının tövsiyə etdiyi bu maşınlar bizim məmurlara yaraşan maşınlardır.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










