Yeni nəsil Jeep Wrangler 2,0-litrlik turbomühərrikə sahib olacaq

Növbəti nəsil Jeep Wrangler modeli 373 at qüvvəsi hasil edən 2,0-litrlik dörd silindrli turbomühərrik ilə təchiz ediləcəkdir. Bu barədə, istehsalçının ABŞ-ın yol hərəkəti üzrə təhlükəsizliyini təmin edən milli administrasiyasına (NHTSA) göndərilmiş sənəddə deyilir. Sənəd JL Wrangler Forums portalının sərəncamına daxil olub. Yeni “Renqlerin” mühərrik çeşidinə 286 at qüvvəsinə malik olan 3,6-litrlik altı silindrli benzin mühərriki də daxil ediləcəkdir. Hazırda bu mühərrik Jeep Grand Cherokee modelinə quraşdırılır. Əvvəllər yeni avtomobilin dizel və hibrid güc aqreqatı ilə də təchiz ediləcəyi bildirilmişdir. Doğrudur, hibrid variant mühərrik çeşidinə sonuncu olaraq daxil ediləcəkdir. Ofroder mexaniki və səkkiz pilləli avtomatik ötürmələr qutuları ilə birgə çalışacaqdırlar.
Yeni nəsil “Renqler” modeli rama konstruksiyasını qoruyub-saxlayacaq, lakin alüminiumdan kuzova malik olacaqdır. Eyni zamanda, avtomobil bölünməyən körpülərdən də məhrum olacaqdır. Ofroderin təchiz edildiyi tam çəkiş sistemi də dəyişəcəkdir – artıq ön oxun birləşməsinə elektronika cavabdeh olacaqdır. Yeni Jeep Wrangler modeli dekabr ayının əvvəlində keçiriləcək Los-Anjeles avtosalonunda təqdim ediləcəkdir. (autograph)
Orxan
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










