Yeni "Range Rover" təqdim edildi - Qiyməti 300 min

Böyük Britaniyanın Land Rover şirkəti Los-Ancles Avtomobil sərgisində "Range Rover SVAutobiography" modelini təqdim edib. Avtosfer.az "marja"ya istinadən xəbər verir ki, 5 yerlik avtomobil 5 litrlik 557 at gücü verən super V8 mühərrikə malikdir və saatda 210 km maksimum sürətə çata bilir.Avtomobil 100 kilometr/saata isə 7.5 saniyədə çıxır.
Avtomobildə 4 fərqli bucaqda yerləşdirilmiş rəqəmsal kameralar görüntüləri salondakı ekrana ötürür. Kameralar ilə avtomobilə 360 dərəcə nəzarət etmək mümkündür və bu da manevr etməyi asanlaşdırır.
Avtomobilin salonu fərqli rəng variantlarındadır. Oturacaqlar isitmə və soyutma texnikasına malikdir və masaj funksiyası mövcuddur. Avtomobilin başlanğıc qiyməti bir qədər "cib yandırır", 177 min dollardır (təxminən 300 min manat).
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur











