Yenilənmiş "Ford Explorer" və "Ford Focus" üçün manatla lizinq kampaniyası

“Ford Azərbaycan” Ford Explorer modeli üçün manatla lizinq kampaniyasına start verdi! Belə ki, kampaniya müddətində müxtəlif endirimlər və səmərəli maliyyələşəmə şərtlərindən faydalanmaqla 2015-ci il istehsalı olan Avropa premium stilini və bənzərsiz Amerika xarizmasını özündə cəmləşdirən yüksək texnologiyalı Ford Explorer modelini 30% ilkin ödəniş etməklə illik cəmi 10% manatla olan 3 illik lizinq vasitəsilə əldə edə bilərsiniz.
Qeyd edək ki, 3 sıra, 7 yerlik salona malik Ford Explorer məsafədən işəsalma, oturacaqların və sükanın isidilib-soyudulması, yük bölümünün, üçüncü sıra oturacaqlarının elektron açılıb-bağlanması, 12 ədəd dinamik Sony Audi sistem, sükanın və əyləcin elektron tənzimlənməsi, sürücü oturacağının yaddaş tənzimlənməsi və bu kimi xüsusiyyətləri ilə öz sinfinin rəqiblərindən bir addım öndə dayanır. Həmçinin, avtomobil normal, çınqıl, qum və qar rejimində idarəetmə sisteminə malikdir ki, bu da istənilən şəraitdə idarəetməyə tam hakim olmağa imkan verir
Nəzərinizə çatdıraq ki, yeni kampaniyaya əsasən, artıq Ford Focus avtomobilini cəmi 4900 manat ilkin ödəniş etməklə əldə etmək mümkündür. Üstəlik, 3 illik kasko sığorta “Ford Azərbaycan” tərəfindən hədiyyə edilir.
Ford SYNC sistemi sayəsində idarəetmə zamanı opsiyaların səslə idarə olunması funksiyası və yeddi sərnişin üçün nəzərdə tutulmuş salon Sizə səyahətdən maksimum həzz almağa köməklik edəcək. Sedan avtomobillər silsiləsinə aid Ford Focus avtomobili öz istifadəçilərinə rahatlıq, komfort və maksimum təhlükəsizlik yaratmaq üçün, bir sıra müasir texnologiyalar ilə təchiz olunmuşdur.
Nəzərinizə çatdıraq ki, istehsalçı tərəfindən bütün Ford Modellərinə 3 il və ya 100 000 km rəsmi zəmanət verilir.
Nəğd alanlar isə Ford Focus və Ford Explorer modellərinə xüsusi endirimlə sahib ola biləcəklər.
Bundan əlavə, bütün Ford modellərini təklif edilən manatla sərfəli kredit şərtləri ilə əldə etmək mümkündür. Digər modellər və kampaniya haqqında daha ətraflı məlumat üçün Ford satış mərkəzlərinə müraciət edə bilərsiniz:
Ünvan: Bakı, Xətai pr. 36, Tel: (012) 496 01 10
Ünvan: Bakı, Zərdabi küç.78, Tel: (012) 432 97 41
www.ford.az
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur











