300 min dollara “Mercedes 190” - FOTO

Vaşinqtondakı Sotbi hərac evində daha bir “Mercedes” satışa çıxarılır.
Avtosfer.az xəbər verir ki, söhbət 1984-cü ildə istehsal edilmiş “Mercedes 190” modelindən gedir. Yəni, bu modellərdən olan ilk avtomobillərindən birindən.

1983-cü ildə Frankfurt salonunda təqdim edilmiş model 1 il sonra satışa çıxarılır. 1984-cü ildə istehsal eidlmiş modellərdən biri həmin ildə Almaniyadakı məşhur Nürbürqrinq trekində keçirilən yarışın qalibi olub.

Həmin yarışı o dövrün siyasi rəhbərliyi də izləyib.

İndi yarışda qalib çıxmış avtomobil satışa çıxarılır. Avtomobildə qalib gələn pilot onu 1987-ci ildə başqasına sataraq Monakoya köçür. Bundan sonra avtomobil bir neçə dəfə əl dəyişsə də, orijinallığını qoruyur. Hətta zavod komplektasiyasındakı odsöndürən də orijinaldır.
Maşının digər maraqlı cəhəti sükanın sağda olmasıdır. Oktyabrda keçiriləcək hərracda maşının 300 min dollara satılacağı gözlənilir.
Vüqar Yaşaroğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












