50 ilin maşınına 10 ildə 50 min xərclədi - FOTO + VİDEO

Türkiyənin Sivas vilayətində yaşayan Cihan Çiftçi adlı şəxs atasının 10 il əvvəl aldığı 1969-cu il istehsalı olan maşına 10 ildə 50 min lirə xərcləyib (16 min manata yaxın). Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, 25 yaşlı Cihan əldə etdiyi orijinal ehtiyat hissələri ilə avtomobili zavod istehsalı vəziyyətinə gətirib. Çiftçi 10 ildən sonra atasının arzusunu yerinə yetirib. Avtomobili qarajda saxlayan Çiftçi ailəsi qış aylarında onu küçəyə çıxarmırlar. Bundan başqa yağışlı və küləkli havalarda da maşını idarə etmirlər. “Köhnə maşınlara marağım atamdan gəlir. Atam 10 il əvvəl bu maşını almışdı. Sonra isə maşını sıfırdan yığmaq qərarına gəldik. Ehtiyat hissələrini 10 ilə yığdıq. Atamdan başqa babamın da bizə bu işdə dəstəyi oldu”, - deyə Cihan bildirib. Maşını sürmək istəyən çox olsa da, Cihan özü və atasından başqa heç kəsin sükan arxasına keçmədiyini bildirib. Hazırda avtomobili almaq istəyənlərin sayı da çoxdur. Amma Çiftçi ailəsi maşını satmaq barədə düşünmür.


ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












