ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO

ABŞ-nin tanınmış tüninq atelyesi "West Coast Customs" 1955-ci il istehsalı olan "Chevrolet Bel Air"i müasir "Tesla Model 3" əsasında elektromobilə çevirib.
Avtosfer.az bu barədə motor.ru-ya istinadən xəbər verir.
Yenilənmiş "Bel Air"in kuzovu qırmızı rəngə boyanıb və parlaq qara detallarla tamamlanıb. Avtomobilə xüsusi hazırlanmış 20 düymlük təkər diskləri və LED işıqlandırma sistemi quraşdırılıb. Salonda hər iki markanın detalları xüsusi dizayn elementləri ilə birləşdirilib. Yeni üzlüklə örtülmüş oturacaqlardakı altıbucaqlı tikiş naxışı "Lamborghini"nin dizaynını xatırladır.
Avtomobilin batareyasını "Tesla Supercharger" stansiyalarında doldurmaq mümkündür. "Bel Air" avtomatik parklanma funksiyası da daxil olmaqla sürücüyə yardım sistemləri ilə təchiz edilib.
Qeyd edək ki, "Chevrolet Bel Air" 1949-cu ildən 1975-ci ilədək istehsal olunub.
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ















