Banner

ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA

Avtodünya 11 Noyabr 2026 10:00
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
WhatsApp kanalımıza abunə olun

Çin avtomobilləri müasir şəhərin ayrılmaz hissəsinə çevrilib. Əksər ölkələrdə bu avtomobillərin çoxluğu açıq nəzərə çarpır. Lakin, avtomobillər çoxaldıqca, onlarla bağlı şübhələr də artır. 

Avtosfer.az xəbər verir ki, bəzi ölkələrdə Çin avtomobillərinin strateji obyektlərə yaxınlaşmasına məhdudiyyər mövcuddur. Bu maşınların kameralar vasitəsilə həssas obyektlər barədə məlumat toplayaraq Çin kəşfiyyatına ötürməsi barədə də çox söz-söhbət dolaşır. Amma indiyədək konkret fakt ictimailəşməyib. Bəyanatlar ehtimal xarakterlidir.

ABŞ-də Çin maşını barmaqla sayılacaq qədər olsa da, 2025-ci ildən onların starteji yerlərlə girişi, hərbi hissələrin yaxınlığında park edilməsi qadağan olunub. Ötən həftə oxşar qayda ABŞ-nin Oknavadakı bazasına da şamil edilib. Yaponiyada yerləşən bazaya "BYD" avtomobillərinin bütün giriş-çıxışı qadağan olunub.

Məhdudiyət təkcə xidməti avtomobillərlə məhdudlaşmır. "BYD" markalı şəxsi avtomobil, taksi, yük avtomobili, təchizatçıların avtomobillərinin bazaya girişi bütün hallarda qadağandır. Bazanın mətbuat xidməti bildirib ki, "BYD" avtomobilləri onlar üçün qəbuledilməz risk yaradır. “Reuters”in məlumatına görə, ABŞ hərbçiləri bu maşınların məlumat toplayaraq Çinə ötürdüyünü iddia edirlər.

Vüqar

Oxunub : 48
ŞƏRH YAZ
Ad

E-mail

Şərh