Acura yeni "bərkgedən" sedan hazırlayıb

Acura şirkəti Kaliforniyada keçiriləcək Pebble Beach Concours d’Elegance zəriflik müsabiqəsində seriya istehsalına hazır olan “bərkgedən” sedanın prototipini nümayiş etdirəcəkdir. Bundan başqa, premium markanın model xəttinə ZDX krossoveri qayıdacaqdır.
Yeni sedanın dizaynı 2016-cı ildə nümayiş etdirilmiş Precision konsepti ilə bənzərlik daşıyacaqdır. Acura həmin konsept vasitəsi ilə Precision Crafted Performance firma üslubunu nümayiş etdirib. Sonradan, 2018-ci ildə bu üslub Acura RDX seriya krossoverində tətbiq edilib. Böyük ehtimalla, yeni modelin buraxılması ilə bərabər, Legend adı da model xəttinə geri qaytarılsın. Lakin, bu məsələ hələlik rəsmi təsdiqini tapmayıb.

Yeni “bərkgedən” sedanla yanaşı, bu ilin sonunda və ya gələn ilin əvvəlində Acura TLX və MDX modellərinin yeni nəslini də nümayiş etdirəcəkdir. İlkin məlumata görə, Acura TLX sedanı altı silindrli tvin-turbo mühərriki olan Type S modifikasiyasına sahib olacaqdır. Marka rəhbərliyinin 2013-cü ildə istehsalına son verilmiş ZDX kross-kupesinin də model cərgəsinə qaytarılması məsələsinə baxılır. (Autograph)

ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












