Aİ-dən avtomobil sahəsində radikal dəyişiklik: Təkrar emal məcburiləşdirilir

Avropa İttifaqı (Aİ) avtomobil sektorunda təkrar emalı artırmaq və kritik xammal üzrə xarici asılılığı azaltmaq məqsədilə yeni qaydaları qüvvəyə mindirir.
Avtosfer.az xəbər verir ki, istismar müddətini başa vurmuş nəqliyyat vasitələri ilə bağlı yeni tənzimləmə bu gündən – avqustun 13-dən etibarən qüvvəyə minir. Yeni qaydalar avtomobillərin layihələndirilməsi, istehsalı, toplanması və istismar müddəti başa çatdıqdan sonra utilizasiyası ilə bağlı tələbləri əhatə edir.
Tənzimləmənin əsas məqsədi avtomobil sənayesində resurslardan daha səmərəli istifadəni təmin etmək, qiymətli materialların təkrar emalını və yenidən istifadəsini artırmaq, həmçinin avtomobillərin bütün həyat dövrü ərzində ətraf mühitə təsirini azaltmaqdır.
Yeni qaydalara əsasən, avtomobillər sökülməni, hissələrin yenidən istifadəsini və materialların təkrar emalını asanlaşdıracaq şəkildə layihələndirilməlidir.
Bundan başqa, yeni avtomobillərin istehsalında təkrar emal olunmuş materiallardan istifadə ilə bağlı məcburi hədəflər müəyyən edilir. Belə ki, 2032-ci ildən etibarən yeni avtomobillərdə istifadə olunan plastiklərin ən azı 15 faizi, 2036-cı ildən isə ən azı 25 faizi təkrar emal olunmuş materiallardan ibarət olmalıdır.
Polad və alüminium üçün də təkrar emal edilmiş materialların istifadəsinə dair hədəflərin müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu tələblərin 2033-cü ildən tətbiq edilməsi planlaşdırılır.
Yeni tənzimləmə istismar müddətini başa vurmuş avtomobillərin toplanması və izlənilməsi qaydalarını da sərtləşdirir. İkinci əl avtomobillərlə utilizasiya edilməli olan nəqliyyat vasitələrinin daha aydın şəkildə fərqləndirilməsi və onların izlənə bilməsi üçün yeni meyarlar tətbiq olunacaq.
Eyni zamanda, istismar müddətini başa vurmuş avtomobillərdən alüminium, mis və nadir torpaq elementləri kimi kritik xammalların daha çox əldə edilməsi üçün əlavə tədbirlər görüləcək.
Qaydaların digər mühüm istiqaməti isə köhnə avtomobillərin Aİ-dən kənara ixracına aiddir. 2031-ci ilin ortalarından etibarən yalnız hərəkət üçün yararlı vəziyyətdə olan avtomobillərin Aİ xaricinə ixracına icazə veriləcək. Bununla da utilizasiya edilməli olan avtomobillərin ikinci əl nəqliyyat vasitəsi adı altında üçüncü ölkələrə göndərilməsinin qarşısının alınması hədəflənir.
Eltac Zülfüqaroğlu
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR











