Avropa istehsalı olan elektromobillər bahalaşacaq – SİYASİ SƏBƏB

Birinci sənaye inqilabından sonra belə bir iqtisadi qanun bərqərar olub: bir məhsulun ucuz başa gəlməsi üçün kütləvi istehsal şərtdir. Bəli, bu prinsip doğrudur, lakin kənar müdaxilələr də nəzərə alınmalıdır.
Avtosfer.az xəbər verir ki, Renault şirkətinin rəhbəri Luka de Meonun elektromobillərin yaxın illərdə daha da baha olacağı barədə rəyi ciddi marağa səbəb olub. Lakin portuqal əsilli iş adamı iddiasını əsaslandıra bilib.
Meo bildirib ki, artıq Avropanın avtomobil sənayesi artıq orta təbəqəyə aid avtomobil (10 min avroluq) istehsal edə bilmir. Bu təbəqəyə əlçatan olmadıqda isə kütləvi satış və avtomobil sənayesinin inkişafı mümkün olmur. Eyni zamanda elektromobilə 2035-ci ilədək keçidin tətbiqi sektora ziyan vurur.
İş adamı həmçinin, siyasi müdaxilələrin də sektora çətinlik yaratdığını iddia edir. O bildirib ki, Avropa Şurası 2030-cu ilədək avtomobillərlə bağlı hər il 8-12 yeni tənzimləmə və tələb irəli sürəcək. Bütün bunlar avtomobilin maya dəyərini 40 faizədək artıracaq. Bu artım bazara aşağı qiymətli məhsul çıxarmağa imkan vermir. Son nəticədə isə daha ucuz məhsul təklif edən çinli istehsalçılar qabağa düşürlər.
Vüqar Yaşaroğlu
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












