Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Avropa ölkələrində elektrikli nəqliyyat vasitələrinə maraq kəskin şəkildə artmaqda davam edir. 2026-cı ilin mart ayında satışlar rekord həddə çataraq ilk dəfə yarım milyonu keçib.
Avtosfer.az xəbər verir ki, Londonda yerləşən “Benchmark Mineral Intelligence” şirkətinin açıqladığı məlumatlara əsasən, mart ayında dünya üzrə ümumilikdə 1,75 milyon elektrikli nəqliyyat vasitəsi satılıb. Bu göstərici illik müqayisədə 3 faiz, aylıq müqayisədə isə 66 faiz artım deməkdir.
Qlobal artımın əsas hərəkətverici qüvvəsi məhz Avropa bazarı olub. Regionda satışlar mart ayında 540 minə yaxınlaşaraq əvvəlki ayla müqayisədə 72 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 37 faiz artıb. Böyük Britaniya, Fransa, İtaliya və İspaniya kimi ölkələrdə rekord göstəricilər qeydə alınıb.
Mütəxəssislər artımın əsas səbəbləri kimi Yaxın Şərqdə baş verən müharibə fonunda yanacaq qiymətlərinin yüksəlməsini və dövlət subsidiyalarının genişləndirilməsini göstərirlər. Bu amillər sürücülərin elektrikli avtomobillərə yönəlməsini sürətləndirib.
Bununla belə, ümumi mənzərə tam olaraq müsbət deyil. 2026-cı ilin birinci rübündə qlobal elektrikli nəqliyyat vasitələrinin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq 4 milyon ədəd təşkil edib.
Bu azalmada xüsusilə Çin bazarındakı geriləmə mühüm rol oynayıb. Belə ki, ilin ilk üç ayında bu ölkədə satışlar 21 faiz azalaraq 1,9 milyona düşüb. Eyni dövrdə Şimali Amerikada da satışlar 27 faiz azalaraq 320 min ədəd olub.
Əvəzində Avropada birinci rüb üzrə satışlar 27 faiz artaraq 1,2 milyona çatıb. Dünyanın digər regionlarında isə bu göstərici 79 faiz artımla 600 min ədəd səviyyəsinə yüksəlib.
Şirkətin nümayəndəsi bildirib ki, Avropa mart ayında elektrikli avtomobil satışları baxımından ən güclü dövrünü yaşayıb və bu artım əsasən subsidiyalar və yanacaq qiymətlərinin yüksəlməsi ilə bağlıdır. Bununla yanaşı, qlobal bazarda regional fərqlər və struktur problemlər hələ də qalmaqdadır.
Eltac Zülfüqaroğlu
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












