Avropalıların ən çox aldığı avtomobil müəyyənləşdi - STATİSTİKA

“Dacia Sandero” 2024-cü ildə 309 min 392 ədəd satışla Avropanın ən çox satılan avtomobili adına sahib çıxıb.
Avtosfer.az xəbər verir ki, “Dacia” şirkəti “Renault” Group-un 2024-cü il üzrə maliyyə nəticələrini açıqlayıb. Bu uğurlar “Dacia”nın Avropa bazarındakı mövqeyini daha da möhkəmləndirib.
Belə ki, keçən il satışlarını əhəmiyyətli dərəcədə artıran “Dacia”, 2024-cü ildə ümumilikdə 676 min 340 avtomobil sataraq satış həcmini 2,7% artırıb. Şirkət 2004-cü ildən bəri 9 milyondan çox avtomobil satmaqla dünya miqyasında böyük bir nailiyyətə imza atıb.

“Dacia”nın uğurlarında əsas rolu “Sandero” modeli oynayıb. 2024-cü ildə 309 min 392 ədəd satışla “Sandero” Avropanın ən çox seçilən modeli olub və 2023-cü ilə nisbətən satışlarını 14,5% artırıb. “Sandero” bütün satış kanalları üzrə Avropanın lider avtomobili olmaqla yanaşı, pərakəndə satışda da ən çox satılan model adını qazanıb.
Bundan əlavə, “Sandero” markanın ümumi satışlarının yarısını təşkil edib və 300 min ədəddən çox satılan ilk “Dacia” modeli olaraq yeni bir rekorda imza atıb. Bu nailiyyətlər “Sandero”nun “Dacia”nın uğur strategiyasında mərkəzi yer tutduğunu və keyfiyyətini bir daha təsdiqlədiyini göstərir.
“Dacia”nın son nailiyyətləri Avropa avtomobil bazarındakı gücünü və müştərilərin markaya olan etibarını bir daha sübut edir.
Eltac Zülfüqaroğlu
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












