Avtomobilin ön şüşəsinin kənarlarındakı qara nöqtələr nə üçündür? - VİDEO

Diqqətlə nəzər yetirsəniz, arxa şüşədəki xüsusi naxışlı xətt ilə alın şüşəsinin kənarlarındakı xətti ayırd edə bilərsiniz. Bu, müxtəlif diametrli nöqtələr olan bütöv bir xəttdir. Bunun nə üçün lazım olduğu hər sürücüyə bəlli deyil.
Qara nöqtələr nə deməkdir?
Seramik boyanın miniatür damlalarına "yağ damcıları" deyilir. Onlar şüşəyə "trafaret" metodu ilə həkk olunur. İstilik cilalanmasından sonra damcılar yuyula bilməyən nahamar bir səth əldə edir.
Qara nöqtələrin əsas vəzifəsi poliuretan mastikini (yapışqan) güclü ultrabənövşəyi işığın (günəş şüasının) təsirindən qorumaqdır.
Mastik sayəsində nəm avtomobilin salonuna daxil olmur, nöqtələrin nahamarlığı onun şüşəyə daha yaxşı bərkidilməsinə kömək edir. Ultrabənövşəyi şüanın yapışqana düşməsi mənfi təsir göstərir. Xassələri pisləşir, yararsız hala gəlir.
Seramik qara zolaq estetik funksiyanı da yerinə yetirir. Yapışdırılan zaman meydana gələn ləkələri gizlədir. Nöqtələr, şüşənin gövdə ilə qovşağında meydana gələn işıq əksini hamarlaşdırır. Onlar sürücünün görmə gücünü azaldan parlaq günəş işığını azaldır.
Bənzər funksiya, alın şüşəsinin ortasında yerləşən qara nöqtələr (arxa görünüşü göstərən güzgü hissəsi) tərəfindən yerinə yetirilir. Onlar güclü günəş işığını zəiflədir, sürücünün göz qamaşmasını azaldırlar. Başqa sözlə, tətbiq olunan keramika təbəqəsi günəş qoruyucusunun etibarlı bənzəridir.
Natiq Nazimoğlu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












