Avtomobillərin kompüterləşdirilməsi qiymətlərə necə təsir edəcək? - ARAŞDIRMA

Avtomobillər artıq təkərli kompüterlərə çevrilib. Həddən artıq böyük ölçüdə monitorlar, eyni zamanda monitor klikləri və digər funskiyaların ekranlaşdırılması avtomobilləri nəqliyyat vasitəsi olmaqdan çox kompüterə çevirib.
Avtosfer.az xəbər verir ki, ağıllı displeylər və Qabaqcıl Sürücü Yardım Sistemləri (ADAS) işləmək üçün böyük həcmdə DRAM çipləri tələb edir.
Lakin eyni çiplərə süni intellekt serverləri də ehtiyac duyur və istehsalçılar daha yüksək mənfəət gətirən texnologiya nəhənglərinə üstünlük verirlər.
Nəticədə DRAM qiymətləri dünya miqyasında 100%-dən çox artıb. “Tesla2 və “Rivian” kimi elektrikli nəqliyyat vasitələri nəhəngləri istehsalda fasilə riski ilə üzləşir, General Motors (GM) və Ford isə 2026-cı ilə qədər əlavə 1 milyard dollar xərcləmə ehtimalı ilə qarşı-qarşıyadır.
Ekspertlər bildirirlər ki, müasir avtomobillərin SoC (System on Chip) arxitekturası DRAM olmadan effektiv işləyə bilmir. Çip tapılmadıqda, istehsalçılar fabriklərin dayanmasının qarşısını almaq üçün bəzi qabaqcıl funksiyaları müvəqqəti olaraq modellərdən çıxarmalı ola bilərlər.
Qlobal yaddaş çipləri bazarının 90%-inə yalnız “Samsung”, “SK Hynix” və “Micron” nəzarət edir. “SK Hynix” isə süni intellekt tələbatını nəzərə alaraq, 2026-cı il üçün bütün istehsal güclərinin artıq satıldığını açıqlayıb.
Analitiklər vurğulayır ki, çip təchizatındakı bu kəskin dəyişiklik avtomobil xərclərini artıracaq və nəticədə salonlarda avtomobillərin qiymətinə birbaşa təsir edəcək.
Eltac Zülfüqaroğlu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












