"LADA" hansı avtomobilin surətini istehsal edib? - Avtomobillərin “klon”ları

Avtodünya 19 May 2020 01:05 Oxunub 4908
"LADA" hansı avtomobilin surətini istehsal edib? - Avtomobillərin “klon”ları
WhatsApp kanalımıza abunə ola bilərsiniz
FIAT 124 / LADA 2101 / KIA 124

III hissə

Bundan əvvəlki hissələrdə, digər avtomobil markalarının "klon"laşdırdığı və rəmzlərini barmaqlığa yerləşdirdiyi uğurlu LADA modellərinə nəzər saldıq. III hissədə, başqa bir markanın modelini "klon"laşdıraraq dünyaya gələn yeni bir LADA modelini nəzərdən keçirək.

FIAT 124 / LADA 2101 / KIA 124

Əgər FIAT olmasaydı, bəlkə də sovet dövründən xatırladığımız formada LADA avtomobilləri olmazdı. Həqiqətən, italyanların sayəsində 1970-ci ildə AvtoVAZ, demək olar ki, FIAT 124-ün surəti olan ilk LADA 2101 avtomobilini istehsal etdi.

Слева FIAT 124 - Справа ВАЗ 2101

Solda FIAT 124 - Sağda VAZ 2101

 

ВАЗ 2101

VAZ 2101

FIAT 124

FIAT 124

Слева FIAT 124 - Справа ВАЗ 2101

Solda FIAT 124 - Sağda VAZ 2101

AvtoVAZ demək olar ki, heç vaxt avtomobillərin kor-koranə surətini çıxarmırdı, həmin FIAT 124 rus hava şəraitinə görə tamamilə yenidən işlənmişdir. Sadə konstruksiyası və yüksək istehlak xüsusiyyətləri ilə FIAT 124 dünyanın bir çox ölkəsində asanlıqla alınırdı: İspaniya SEAT 124, Hindistan Premier 118NE və hətta Cənubi Koreyada KIA 124.

Dacia Logan MCV və LADA Largus

2008-ci ilin böhranında AvtoVAZ üçün çox çətin idi. Şirkət iflas vəziyyətdə idi və Renault bundan istifadə edərək səhmlərin bir hissəsini geri aldı. Bundan sonra AvtoVAZ fransız dövrünə girdi. 2011-ci ildə AvtoVAZ və Renault, öz funksionallığı və sadəliyi baxımından ortaq LADA Largus avtomobilini təqdim etdi, bu gün Rusiya bazarında rəqibləri yoxdur. Renault-un niyə belə bir addım atdığını hələ də başa düşmürəm? Axı, LADA Largus – 2006-cı ildən bəri Rumıniyada istehsal olunan və Rusiyada satılmayan Dacia Logan MCV – nin dəqiq nüsxəsidir.

 

Dacia Logan

Dacia Logan

LADA Largus

LADA Largus

Yuxarıda qeyd etdiyim kimi, AvtoVAZ məhsulları kor-koranə surət etmir, lakin öz mühəndisliyinə sahibdir, avtomobilləri ağıllı şəkildə dəyişdirir. Məsələn, bütün Largus-lar rus mühərriklərini aldılar, Cross versiyası yarandı. Rumıniyada belə fikirlər yox idi.

Bəlkə də buna görə fransızlar Dacia-nın olduğu bazarlara ixrac etməyə icazə vermir və həmçinin, Renault Kango platformasında yeni Largus-un müasirləşdirilməsinə razılıq vermir.

 

Natiq Nazimoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh