Bu 3 modelə ömürlük qarantiya verildi

Volkswagen Çin bazarında rəqabəti artırmaq üçün ömür boyu zəmanət təklif edir.
Avtosfer.az xəbər verir ki, Volkswagen Çin bazarında rəqabəti artırmaq və istehlakçıların diqqətini çəkmək üçün cəsarətli bir addım atıb.
Şirkət SAIC Volkswagen birgə müəssisəsi vasitəsilə SUV seriyasındakı üç model – Volkswagen Tharu, Tiguan L Pro və Teramont Pro üçün ömür boyu zəmanət təklif etməyə başlayıb. Bu təklif həm müddət, həm də məsafə baxımından heç bir məhdudiyyət olmadan mühərrik, sürətlər qutusu, asqı və sükan kimi avtomobilin əsas hissələrini əhatə edir.
Lakin bu zəmanətdən yalnız ilk sahiblər yararlana bilər və bütün xidmətlər yalnız səlahiyyətli Volkswagen servis mərkəzlərində həyata keçirilməlidir.
Ömür boyu zəmanət kampaniyasından, 30 aprel 2025-ci il tarixinə qədər bu üç modeldən birini alanlar faydalana bilər.
Mütəxəssislər “Volkswagen”in bu addımın şirkətin Çin bazarındakı mövqeyini gücləndirmək və xüsusilə elektrikli və hibrid avtomobil seriyasını genişləndirən yerli istehsalçılar qarşısında öz modellərinə marağı artırmaq məqsədi kimi qiymətləndirirlər(milli.az).
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












