Bu ölkə elektromobilə subsidiyanı başlamadan dayandırdı

Avropa ölkələrində elektromobilə subsidiyanın kəskin azalması heç kimə sirr deyil. 2022-ci illə müqayisədə sob 2 ildə elektrik mühərrikli texnikaya subsidiyalar bütün Avropa ölkələrində minimuma enib. Bəzi ölkələrdə isə hətta dayanıb.
Avtosfer.az xəbər verir ki, Almaniya elektromobilə subsidiyanı dayandırsa da, sonradan məhdud şəkildə bərpa etdi. Məqsəd insanların ənənəvi avtomobilə kütləvi yönəlməsinin qarşısını almaq idi. Fransa 2025-ci ilə nəzərdə tutulan 1,5 milyard avroluq subsidiyanı yarıbayarı azaltdı. Başqa ölkələr də eyni yolu getdi.
İtaliya isə tam başqa yolu seçdi. 2025-2030-cu illər üçün elektromobil alışına 5,8 milyard avro vəsait ayıran hökumət bir neçə həftə sonra qərarında dəyişiklik etdi. Dəyişikliyə əsasən 5 il ərzində ayrılacaq subsidiya məbləği 80% azaldılaraq 1,2 milyard avroya endirilib. Yəni, hər ilə 240 milyon avro. 60 milyon nəfər əhalisi olan ölkə üçün bu məbləğ əhəmiyyətsizdir.
Elektromobilə ayrılan subsidiyanın kəsilməsi Avropanın vəziyyəti çox da yaxşı olmayan avtomnobil istehsalçılarının davəziyyətini pişləşdirir. Bundan isə yeganə mənfəəti çinli istehsalçılar götürür.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












