Bu ölkədə “Lexus” almağa icazə verilmir

Şimali Koreya (KXDR) digər ölkələrin vətəndaşları üçün qəribə görünən qanunlarla zəngindir.
Avtosfer.az xəbər verir ki, KXDR Mülki Məcəlləsinin 58-ci maddəsində hər bir vətəndaşın avtomobil sahibi olmaq hüququ tanınsa da, praktika ilə nəzəriyyə üst-üstə düşməyib. Şəxsi avtomobil əldə etmək tək-tək adamlara nəsib olub. Lakin bu avtomobillər belə, hansısa təşkilatın adına rəsmiləşdirilib və sürücüyə etibarnamə əsasında verilib.
2025-ci ildə isə qanun dəyişib və fiziki şəxslərin öz adlarına avtomobilı rəsmiləşdirilməsinə icazə verilib. Lakin bu, heç də hamının maşın ala biləcəyi anlamına gəlmir. Ən ciddi maneə vəsaitin mənşəyini sübut etməkdir. Qaydaya görə, maşın almaq istəyən şəxs pulu ölkə xaricində qazandığınıl sübut etməlidir. Bunu da ancaq xaricdə yaşayan etnik koreyalılar və rəsmi surətdə dövlətin icazəsi əsasında xaricdə işləyənlər edə bilər.
Avtomobilin maksimal qiyməti 50 min von (təxminən 7 min dollar) müəyyən edilib ki, bu da çox böyük seçim imkanı vermir.
Ən maraqlı qadağa “Mercedes” və “Lexus” markaları ilə bağlıdır. Bu 2 markanın avtomobilləri yalnız yüksək dövlət rəsmiləri üçün nəzərdə tutulub və sadə vətəndaşlara satıla bilməz.
Bu video da sizə maraqlı ola bilər:
https://avtosfer.az/az/avtoxeber/gorunuse-aldanmayin-bu-mercedes-190-deyil-foto-199180
Vüqar
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO
"BMW" 720 mindən çox avtomobili geri çağırır
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO












