Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
İran, ABŞ və İsrail arasında artan gərginlik fonunda qlobal enerji bazarında baş verən dəyişikliklər yanacaq qiymətlərinə də təsir göstərib.
Avtosfer.az xəbər verir ki, yanacağın bahalaşması isə avtomobil istifadəçilərini daha qənaətcil nəqliyyat vasitələrinə yönəldir. Bu səbəbdən son dövrlər hibrid avtomobillərə maraq sürətlə artıb.
Mütəxəssislərin sözlərinə görə, sürücülər xüsusilə yanacaq sərfiyyatı aşağı olan modellərə üstünlük verirlər. Hazırda Türkiyə bazarında 100 kilometrə ən az yanacaq sərfiyyatı ilə seçilən hibrid modellər arasında "Toyota Yaris Hybrid" (3,9 litr), "Honda Jazz e:HEV" (4,5 litr), "Toyota Corolla Hybrid" (4,5 litr) və "Toyota Yaris Cross Hybrid" (4,6 litr) kimi avtomobillər yer alır.
Bundan başqa, "Opel Corsa Hybrid" (4,6 litr), "Opel Mokka" (4,9 litr) və "Peugeot 2008 Hybrid" (5 litr) modelləri də qənaətcil yanacaq sərfiyyatı ilə diqqət çəkir. Həmçinin "Opel Frontera Hybrid" və "Citroen C3 Aircross" modellərində orta yanacaq sərfiyyatı 5,3 litr, "Peugeot 3008 Hybrid" modelində isə təxminən 5,5 litr təşkil edir.
Digər modellərə gəlincə, "Honda HR-V e:HEV" və "Opel Grandland" avtomobillərində 100 kilometrə orta hesabla 5,4 litr yanacaq sərf olunur. Daha böyük ölçülü hibrid modellərdən olan "Peugeot 5008 Hybrid" təxminən 5,8 litr, "Renault Captur Hybrid" isə 6 litr yanacaq sərfiyyatı ilə bu siyahıda yer alır.
Qeyd olunur ki, yanacaq qiymətlərində artım davam edərsə, yaxın dövrdə hibrid və elektrikli avtomobillərə marağın daha da artacağı gözlənilir.
Eltac Zülfüqaroğlu
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












