Çin avtomobil istehsalçıları arasında ən pis vəziyyətdə olan "BYD"dir

Bu gün Bakı yollarında rast gəldiyimiz hər 5 maşından azı biri "BYD"dir. Bu markanın istehsal etdiyi avtomobillərin Azərbaycanda və başqa bir çox ölkədə geniş yayılması təkzibedilməz faktdır. Bəs şirkətin real vəziyyəti necədir? Say çoxluğu işlərin yaxşı getməsi ilə düz mütənasibdirmi?
Avtosfer.az “Car News China” saytına istinadla xəbər verir ki, şirkət 2025-ci ildə dünyada 4,5 milyon avtomobil sataraq 6,9 faiz böyüyüb. Bu rəqəm kifayət qədər böyük görünsə də, şirkətin qarşıya qoyduğu hədəfdən çox aşağıdır.
2026-cı il isə şirkət üçün heç də xoş olmayıb. Şirkətin satışları 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə yanvarda 29 faiz, fevralda isə 41 faiz geriləyib! 2026-cı ilin yanvarı ilə müqayisədə isə fevralda geriləmə 9,5 faizə çatıb.
Vəziyyət o həddə çatıb ki, şirkət xaricə daha çox maşın satır. Fevralda 100 600 avtomobil ixrac edilib ki, bu da 50 faizlik artım deməkdir. Ümumilikdə "BYD" ötən ay 108 243 doldurulabilən hibrid, 79 539 ədəd elektromobil satıb. Bu da 2025-ci ilin fevralı ilə müqayisədə müvafiq olaraq 44 faiz və 36 faiz azalma deməkdir.
Şirkət fevral ayındakı geriləməni ölkədəki Yeni il tətili ilə (15-23 fevral) izah edir. Lakin çinli jurnalistlər bu açıqlamanı səmimi hesab etmirlər. Onların fikrincə, Çinin avtomobil sənayesi ümumilikdə ağır dövrə qədəm qoyub. Lakin böyük istehsalçılar arasında ən pis vəziyyətdə olan məhz "BYD"dir
Vüqar Yaşaroğlu
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










