Çin "Jetta"nı ayrıca brendə çevirir - FOTO

Volkswagen şirkəti Jetta adını gənc auditoriyaya yönəldilən ayrıca brendə çevirmək fikrindədir. Yeni markanın sırf çin bazarı üçün nərədə tutulmuş modelləri, Çendu şəhərindəki FAW-Volkswagen zavodunda buraxacaqdırlar.
Volkswagen şirkətinin direktorlar şurasının fikrinə görə, Jetta brendi bahalı VW və çoxsaylı başlanğıc markaları arasında olan seqmentdə möhkəmlənmək imkanı verəcəkdir. Bu seqment çin bazarının üçdə birini təşkil edir. Bundan başqa, Jetta alman markasının Çində böyük populyarlığa malik olan və pərəstiş mənbəyinə çevrilmiş modellərindən biridir.


Jetta xətti bir sedan və iki krossoverdən ibarət olacaqdır. Yeni brend üçün, hədəf auditoriyasını cəlb edəcək satış nöqtələrinin yeni formatı işlənib-hazırlanıbdır. Söhbət rəqəmsal şou-rumlardan, pop-up ticarət meydançalarından və mobil mağazalarından gedir
Keçən il Volkswagen qrupu Çində ümumilikdə 4,3 milyon avtomobil satıb ki, bununda 3,2 milyonu VW markasının payına düşüb. Çində ən populyar model Jetta modelinin analoqu olan və Shangai Volkswagen birgə müəssisəsi tərəfindən buraxılan Lavida modeli olub – 503825 ədəd. Jetta isə 327695 nüsxəlik tirajla yeddinci yeri tutub. (Autpgraph)
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA










