Çin şirkəti yeni elektromobilini təqdim etdi – 9 dəqiqəyə tam şarj - FOTO
Çin avtomobil istehsalçısı “BYD Atto 3” (Yuan Plus) modelini yeniləyərək onun texniki göstəricilərini və dizaynını təkmilləşdirib.
Avtosfer.az xəbər verir ki, yenilənmiş model Çinin Yeni Enerjili Nəqliyyat Vasitələri üzrə vergi güzəşti siyahısına daxil edilib. Avtomobil ikinci nəsil “Blade” batareya texnologiyası və arxa ötürücülü platforma ilə təchiz olunub.
Məlumata görə, “BYD Atto 3” istifadəçilərə iki fərqli batareya seçimi təqdim edir: 57,5 kVt/saat və 68,5 kVt/saat. Bu batareyalar sayəsində modelin yürüş məsafəsi müvafiq olaraq 540 km və 630 km-ə qədər artırılıb (CLTC standartına əsasən).
Avtomobil arxa hissədə yerləşən elektrik mühərriki ilə təchiz olunub və iki fərqli güc variantı ilə təklif edilir: 200 kVt (268 at gücü) və 240 kVt (322 at gücü).
Modelin əsas yeniliklərindən biri “fləş doldurma” texnologiyasıdır. İkinci nəsil Blade batareya sayəsində avtomobil 5 dəqiqə ərzində 10%-dən 70%-ə qədər enerji yığa bilir. Tam doldurmaya yaxın – 10%-dən 97%-ə qədər isə təxminən 9 dəqiqə tələb olunur. Sistem hətta -30°C temperaturda belə effektivliyini qoruyur və bu halda doldurma müddəti cəmi 3 dəqiqə artır.
Yenilənmə çərçivəsində avtomobilin ölçüləri də böyüdülüb. Yeni modelin uzunluğu 4665 mm, eni 1895 mm, hündürlüyü isə 1675 mm təşkil edir. Təkər bazasının 2770 mm-ə qədər artırılması salonda daha geniş məkan təmin edir.
Dizayn baxımından isə 18 və 19 düymlük təkər diskləri, yarı gizli qapı tutacaqları və yenidən işlənmiş arxa bamper avtomobilin müasir görünüşünü tamamlayan əsas yeniliklər sırasındadır.
Eltac Zülfüqaroğlu
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR












