Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO

1930-cu ildə britaniyalı həkim Con Arxibald Pürves maraqlı bir ixtiraya patent almaq üçün müraciət edir.
Avtosfer.az xəbər verir ki, Pürves ixtirasını Leonardo da Vinçinin eskizi əsasında hazırladığını və dünyada avtomobilə münasibəti dəyişəcəyini iddia edirdi.
Dinasfer adlanan təktəkərli nəqliyyat vasitəsinin 2 prototipöi hazırlanıb. 3 metr hündürlükdə tək təkərdən ibarət qurğunun bir variantı elektrik, digəri benzin mühərriklə işləyirdi. 1932-ci ildə dəniz sahilində keçirilıən sınaq zamanı qurğu o dövr üçün kifayət qədər yaxşı hesab edilən 48 km/saat sürətə çata bilir. Sürücü yeri metal təkərin içindəki relsin üzərnə montaj edilmişdi. Sürətlənmə də kiafayət edirdi.
Lakin nəqliyyat vasitəsi kəskin sürətlənən və tormozlayan zamanı sürücü təkərin içində fırlanırdı. Bu da sırf fizika qanunlarına görə idi. Sürücünün öz kütləsi kifayət qədər böyük ətalət yarada bilirdi. Fenomenin qarşısını almaq mümkün deyildi.
Dinasferə həmin dövrdə maraq olmasa da, indi vəziyyət başqadır. Son illərdə birtəkərli nəqliyyat vasitələrinin çox sayda prototipi yaradılıb.
Vüqar

Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR
1984-cü ildə Avropada "VAZ-2107" reklamı - FOTO
“Toyota”nın Avropada rekordu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR












