“Dodge Charger” Avropada da satışa çıxarılacaq

Son aylarda yeni bir dizayn və təkmilləşdirilmiş bir platforma sahib olan “Dodge Charger”, tarixində ilk dəfə elektrik güc vahidi ilə müştərilərə təqdim olunur. Amerikada ilk sifarişlərin çatdırılması üçün bir neçə gün qaldığı halda, Avropadakı "muscle car" həvəskarları üçün də sevindirici xəbər gəldi. Belə ki, həm elektrikli, həm də benzinli “Charger” versiyaları Avropada da satışa çıxarılacaq.
“Charger”in həm 2 qapılı, həm də 4 qapılı gövdələrin elektrikli və benzinli versiyalarından ən az biri seçim olaraq satışa çıxarılacaq. STLA Large platformuna əsaslanan yeni “Charger”, “Alfa Romeo Stelvio” və “Giulia” kimi modellərin gələcək nəsilləri haqqında da fikir verəcək.
“Charger Daytona” olaraq adlandırılan yeni elektrikli “Dodge Charger”, hər aksda bir ədəd olmaqla iki elektrik mühərrikdən ümumilikdə 503 at gücü və 548 Nm tork istehsal edir, “ScatPack” versiyası isə 680 at gücü və 850 Nm torka və 3.3 saniyəlik 0-100 km/s sürətlənməsinə malikdir. Bu versiyanın maksimum sürəti isə 215 km/s-dır. Hər iki versiyada da müvafiq olaraq 510 km və 418 km məsafə təmin edən 94 kWh-lik batareya paketi mövcuddur.
Daxili yanma mühərrikli versiyaların hər ikisində də 3.0 litrlik Hurricane V6 mühərriki var. İlkində 420 at gücü və 637 Nm tork istehsal edən mühərrik, ikinci quruluşda 550 at gücü və 746 Nm tork istehsal edir. Keçmiş Stellantis CEO-su Carlos Tavares tərəfindən təsdiqlənmiş V8 Hemi mühərriki bu modeldə olmayacaq.
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO










