Dünyanın ən etibarlı avtomobilləri açıqlandı

Etibarlılıq istənilən avtomobilin alınması zamanı diqqət yetirilən ən vacib kriterilərdən birdir.
“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, “J. D. Power” analitik agentliyinin Britaniya bölməsinin ekspertləri 100 maşına düşən orta sınma səviyyəsini hesablayaraq 3 ilə kimi olan ən etibarlı avtomobillərin reytinqini hazırlayıblar.
Reytinqə “Peugeot” başçılıq edir. Sonrakı yerləri müvafiq olaraq “Skoda”, “Hyundai”, “Nissan”, “Suzuki”, “Opel”, “KİA”, “Mİni”, “Ford” və “Volvo” tutur.
Modellər arasında alındıqdan üç il ərzində ən az sınma “Volkswagen Up”, “Tiguan” “Passat”, “Hyundai i10” və i20, “Peugeot 108”, 208, 2008 и 3008, “Skoda Octavia”, “Seat Leon”, “Opel Insignia”, “Mokka” və “Zafira”, “Ford Focus”, “C-Max” və “Fiesta”, “Honda CR-V”, “Mercedes-Benz C-Class” və “Е-Class”, həmçinin “Citroen C4 Picasso” və “Nissan Juke”da qeydə alınıb.
Ekspertlərin hazırladığı antireytinqdə isə ən problemli “BMW” avtomobilləri olub. Autsayderlərin onluğunda növbəti yerləri müvafiq olaraq “Fiat”, “Audi”, “Jaguar”, “Land Rover”, “Mercedes Benz”, “Toyota”, “Citroen”, “Renault” və “Mazda” avtomobilləri tutub.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












