Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA

Elektromobil bazarı təkcə ekoloji üstünlüklərlə deyil, həm də rekord sürət və performans göstəriciləri ilə diqqət çəkir. Son illər tam elektriklə işləyən super və hiperavtomobillər ənənəvi daxiliyanma mühərrikli modellərlə rəqabət aparmaqla kifayətlənmir, onları bir çox göstəricidə geridə qoyur.
Avtosfer.az xəbər verir ki, bu barədə Sfera.az dünyanın ən sürətli tam elektrikli avtomobillərini araşdırıb.
Araşdırma nəticəsində məlum olub ki, siyahıya daxil olan bütün modellər yalnız batareya və elektromühərriklə işləyir və heç birində daxili yanma mühərriki mövcud deyil. Bu avtomobillər həm texnoloji imkanları, həm də qiymətləri ilə avtomobil sənayesinin gələcəyini formalaşdırır.

Birinci yerdə “Yangwang U9” qərarlaşıb. BYD-nin premium brendi olan “Yangwang” elektromobili Çin texnologiyasının son imkanlarını əks etdirir. Maksimum sürəti təxminən 390 km/saat olan model 1300 at gücünə malikdir. Qiyməti isə 230-300 min dollar aralığında dəyişir. Performansına nisbətən daha əlçatan qiyməti ilə “Yangwang U9” bazarda xüsusi maraq doğurur.

İkinci pillədə Yaponiya istehsalı olan yüksək performanslı “Aspac Owl” elektromobil yer alır. Ekstremal sürət üçün dizayn edilən bu modelin maksimum sürəti təxminən 430 km/saatdır. Avtomobil 2000 at gücünə malikdir və qiyməti 3 milyon dollardan yuxarıdır. Bu göstəricilər onu dünyanın ən iddialı elektrik hiperavtomobillərindən birinə çevirir.

Üçüncü yerdə "Rimac Nevera R” qərarlaşıb. Xorvatiyada istehsal olunan bu model artıq elektromobil dünyasında əfsanəyə çevrilib. Maksimum sürəti 412 km/saat olan “Rimac Nevera” 1914 at gücü hasil edir. Təxminən 2 milyon 300 min dollar qiyməti olan avtomobil texnologiya və sürət baxımından bazarın liderlərindən sayılır.
Dördüncü pillədə Avstriyada istehsal olunan futuristik dizayna malik “Deus Vayane” elektromobili yer alır. Təxminən 400 km/saat maksimum sürətə malik olan bu model 2200 at gücü ilə seçilir. Avtomobilin qiyməti təxminən 2 milyon dollar səviyyəsindədir və o, dizaynla performansın birləşdiyi nümunələrdən hesab olunur.

Beşinci yerdə “Pininfarina Battista” qərarlaşıb. İtaliya dizaynı və “Rimac” texnologiyası əsasında hazırlanan bu super elektromobilin maksimum sürəti 350 km/saatdır. 1900 at gücünə malik modelin qiyməti təxminən 2 milyon 200 min dollardır. “Battista” həm estetik görünüşü, həm də güclü texniki göstəriciləri ilə seçilir.
Altıncı sırada “Lotus Evija” yer alır. Böyük Britaniyada istehsal olunan bu elektromobil əsl hiperavtomobil kimi təqdim olunur. Maksimum sürəti 350 km/saat olan “Lotus Evija” 2000 at gücünə malikdir. Qiyməti isə təxminən 2 milyon 300 min dollar təşkil edir.
Yeddinci yerdə “Lucied Air Sapphire” qərarlaşıb. ABŞ istehsalı olan bu elektrik sedanı komfort və performansı bir araya gətirən modellərdən biridir. Maksimum sürəti təxminən 330 km/saat olan avtomobil 1234 at gücü hasil edir. Qiyməti isə 190-200 min dollar aralığında dəyişir və bu göstəricilər onu siyahının ən əlçatan modellərindən birinə çevirir.
Araşdırma göstərir ki, elektromobillər artıq təkcə gündəlik istifadə üçün deyil, həm də yüksək sürət və ekstremal performans sahəsində avtomobil sənayesinin gələcəyini müəyyənləşdirən əsas oyunçulara çevrilib.
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA
"UAZ" niyə bu qədər az avtomobil satır? – 36 faizlik geriləmənin pərdəarxası
“Qazel”in məşhur mühərrikinin istehsalı dayandırıldı - FOTO
"Gelandewagen"in Dubay variantı təqdim edildi - FOTOLAR
Almanlar niyə “Tesla” almaq istəmir? – RƏSMİ STATİSTİKA
Trampın uğursuz “Mercedes” planı











