Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı - SİYAHI

Bir çox sürücü üçün avtomobil seçərkən ən vacib meyarlardan biri etibarlılıqdır. Heç kim nəqliyyat vasitəsinin tez-tez nasazlıq yaratmasını istəmir. Avtosfer.az "Qaynarinfo"ya istiandən xəbər verir ki, "WhatCar?" nəşrində 2025-ci ildə almağa dəyər ən etibarlı krossoverlər müəyyən edilib. Eyni zamanda, mütəxəssislər uzaq durulmalı olan modelləri də açıqlayıblar.
Ən etibarlı 10 krossover:
1. "Hyundai Santa Fe" (2018–2024-cü illər)
2. "Kia EV3" (2024-cü ildən bu günədək)
3. "Vauxhall/Opel Grandland" (2024-cü ildən bu günədək)
4. "Toyota RAV4 PHEV" (2019-cu ildən bu günədək)
5. "Volkswagen T-Roc" (2018–2025-ci illər)
6. "Porsche Macan" (2014-cü ildən bu günədək)
7. "Kia Niro PHEV" (2022-ci ildən bu günədək)
8. "Toyota RAV4 Hybrid" (2019–2024-cü illər)
9. "Hyundai Kona Hybrid" (2017–2023-cü illər)
10. "Audi Q2" (2016-cı ildən bu günədək)
Etibarlılıq baxımından lider mövqedə dərhal iki model – "Hyundai Santa Fe" və "Kia EV3" qərarlaşıb. Maraqlıdır ki, ikinci model elektrik krossoveridir. Qeyd olunur ki, "Hyundai Santa Fe" və "Kia EV3" modellərində ciddi nasazlıqlar çox nadir hallarda baş verir. Ekspertlərin sözlərinə görə, bu krossoverlər yüksək yığım keyfiyyəti ilə də seçilir. Bundan əlavə, mütəxəssislər benzin mühərrikli ikinci nəsil "Nissan Juke", üçüncü nəsil "Volkswagen Tiguan" və dördüncü nəsil "Kia Sportage" modellərinin alınmasını tövsiyə etmirlər. Onların fikrincə, bu avtomobillərdə tez-tez texniki problemlər yaranır.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












