Elektromobil: ilbəil artan təmir və sığorta xərcləri

Elektromobilin gündəlik istismarı ənənvi avtomobillərdən ucuz başa gəlsə də, qəza zamanı təmir xərcləri daha yüksəkdir. Elektromobil sahibi bahalı yanacağa, yağa və ya antifrizə pul ödəmir, periodik olaraq servisə getmir. Batareyanı evdə doldurduqda isə elektromobilin xərci minimallaşır.
Avtosfer.az xəbər verir ki, Fransanın “BCA Expertise” təşkilatının Avropada 3 milyonadək avtomobil üzərində apardığı araşdırma məsələnin başqa tərəfini üzə çıxarıb. Məlum olub ki, qəza zamanı elektromobilin təmiri ənənəvi avtomobildən 23 faiz daha baha başa gəlir. Bu fərq 2022-ci ildə 5,7 faiz, 2025-ci ildə isə12,5 faiz olub. Qəza zamanı dəyən zərərin maddi dəyəri ilbəil artır. Təşkilatın ekspertləri bunun səbəbini təkcə mürəkkəb elektronikada axtarmırlar. Başlıca səbəb elektromobilin ənnəvi avtomobildən daha ağır olmasıdır. Sadə fiziki qanuna görə ağır cismin zərbəsi daha ağır olur.
Digər tərəfdən elektromobillər əsasən təzə olduğu halda, Avropada ənənəvi modellərin orta yaşı onu ötür. Ən əsası, benzin və dizel mühərrikli avtomobilləri istənilən servisdə təmir etdirmək mümkündür. Elektromobil isə dilerlərdə və ixtisaslaşmış müəssisələrdə təmir olunur. Burada xidmət haqqı və detalların qiyməti daha bahadır. Məsələn, Fransada oxşar qəzada benzin mühərrikli təmiri 5200 avroya başa gəldiyi halda, elektromobildə 15 minə çatır. Buna görə də, sığortaçılar vəziyyətdən çıxmaq üçün sığorta haqlarını artırır.
Vüqar Yaşaroğlu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












