Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri

Elektromobilə kəskin keçid və ekoloji normaların sərtləşdirilməsi avtomobil istehsalçılarını çətin vəziyyətdə qoyur.
Avtosfer.az xəbər verir ki, məcburi keçid yeni texnologiyalara sərmayə qoyuluşunu şərtləndirir. Lakin son tədqiqatlar əksər istehsalçıların qoyduğu kapitalı geri götürə bilmədiyini göstərir. İlk baxışda bu uğursuzluq Çin amili ilə izah edilir. Bu izahda həqiqət payı var, amma uğursuzluğun yeganə səbəbi Çin deyil.
“Financial Times” nəşrinin statistikası yalnız böyük oyunçuları əhatə edir. Nəşrin məlumatına görə, elektromobilə keçiddən “Porsche” 6 milyard dollar, “General Motors” 7,6 milyard dollar, “Ford” isə 20 milyard dollar ziyana düşüb. 15 markanı birləşdirən “Stellantis” Qrupunun zərəri isə 26 milyardı ötüb.
Səbəb olaraq ilk ağla gələn Çinin elektromobil texnologiyaları sahəsindəki uğurlarıdır. Bu amil vacib olsa da, hər şeyi Asiya nəhənginin ayağına yazmaq qeyri-obyektivdir. Ekspert Nikola Koppo bildidir ki, bir tərəfdən hökumətlər elektromobil sahiblərinə dəstək proqramını dayandırır, digər tərəfdən istehsalçılar benzin və dizel mühərrikləri konveyerə qaytarır. Çin faktoru vacidir. Ən əsası elektromobilin ənənəvi avtomobili tam əvəz edə bilməməsidir. Son aylarda eketrikin bahalaşması da elektromobilin istismar xərcini artırıb.
Ekspertlərin sözlərini müxtəlif ölkələrin statistik məlumatları da təsdiqləyir. Demək olar bütün ölkələrdə dövlət dəstəyi azalan kimi elektromobil və doldurulabilən hibridlərin satışında tənəzzül qeydə alınır. Son dövrlərdə elektrikin bahalaşması da alıcıların seçiminə təsir edir. Daha doğrusu sürücülər bahalı elektromobil və baha elektrik yerinə, ucuz ənənəvi avtomobil və baha yanacağa pul verməyi üstün tuturlar.
Vüqar
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?












