Elektromobillərin batareyasında yeni texnologiya - 9 dəqiqəyə tam şarj mümkün olacaq – RƏSMİ
Elektrikli avtomobil bazarında doldurma müddəti ilə bağlı müzakirələri dəyişə biləcək yeni texnologiya təqdim olunub.
Avtosfer.az xəbər verir ki, Çinin batareya istehsalçısı “Sunwoda” ultrasürətli şarj imkanlarına malik yeni nəsil batareyasını elan edib. Şirkətin açıqlamasına görə, bu texnologiya ilə batareyanı cəmi 9 dəqiqə ərzində demək olar ki, tam doldurmaq mümkün olacaq.
Məlumata əsasən, yeni “Xingchi Supercharge Battery 2.0” sistemi 15C LFP (litium-dəmir-fosfat) texnologiyası əsasında hazırlanıb. Batareya 5%-dən 95%-ə qədər təxminən 9 dəqiqəyə, 5%-dən 75%-ə isə cəmi 5,5 dəqiqəyə qədər dolur. Bu göstəricilər elektrikli nəqliyyat vasitələrində şarj müddətinin əhəmiyyətli dərəcədə azalacağını göstərir.
Şirkət bildirir ki, yüksək performansın əsas səbəbi batareyanın 1800 amperə çatan cərəyan gücü və 15C səviyyəsində sürətli şarj dəstəyidir. Bununla yanaşı, batareyanın şarj dövrü 1500-dən çox qiymətləndirilir ki, bu da uzunmüddətli istifadə baxımından mühüm üstünlük hesab olunur.
“Sunwoda” qeyd edir ki, bu texnologiya sayəsində istifadəçilər cəmi bir neçə dəqiqəlik şarjla yüzlərlə kilometr məsafə qət edə biləcəklər. Eyni zamanda, ultra sürətli şarj funksiyasının batareyanın zəmanət müddəti ərzində məhdudiyyətsiz istifadə oluna biləcəyi bildirilir.
Şirkət yeni flaqman batareya ilə yanaşı, fərqli istifadə tələblərinə uyğun alternativ həllər də təqdim edib. Hibrid yönümlü batareya paketi 10 dəqiqə ərzində 10%-dən 80%-ə qədər doldurma imkanı verir. Bundan əlavə, istehsalçı ilk il ərzində batareya tutumunda itki olmayacağını, 10 il ərzində isə bu göstəricinin cəmi 10% səviyyəsində qalacağını iddia edir.
Açıqlamada diqqət çəkən digər məqam isə natrium-ion batareyaların inkişafı ilə bağlıdır. Şirkət litiuma alternativ kimi bu texnologiyaya da investisiya yatırır. Natrium əsaslı batareyaların daha aşağı qiymətə, daha geniş xammal bazasına və aşağı temperatur şəraitində daha stabil işləmə qabiliyyətinə malik olduğu vurğulanır.
Mütəxəssislərin fikrincə, bu cür yeniliklər elektrikli avtomobil bazarında rəqabəti daha da artıracaq və yaxın gələcəkdə şarj müddəti problemini minimuma endirə bilər.
Eltac Zülfüqaroğlu
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO










