Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA

Elektrikli nəqliyyat vasitələrinə tələbatın sürətlə artması qlobal litium bazarında ciddi təzyiq yaradır. Mütəxəssislərin fikrincə, yeni yataqların işlənməsi və investisiyalar artırılmasa, yaxın illərdə litium tədarükündə ciddi çatışmazlıq yarana bilər.
Avtosfer.az xəbər verir ki, beynəlxalq konsaltinq şirkəti “Wood Mackenzie” tərəfindən hazırlanan hesabatda qeyd olunur ki, qlobal litium tədarükündə ilk əhəmiyyətli çatışmazlığın 2028-ci ildə baş verəcəyi gözlənilir. Hesabata görə, investisiyalar sürətləndirilməzsə, enerji keçidi ssenarilərindən asılı olaraq litiuma olan qlobal tələbat 13 milyon tonu keçə bilər.
Mütəxəssislər bildirirlər ki, litium tələbatının təxminən 80 faizi birbaşa elektrikli avtomobil batareyalarının istehsalından qaynaqlanır. Proqnozlara əsasən, 2040-cı ilə qədər qlobal avtomobil satışlarının təxminən 75 faizi elektrikli nəqliyyat vasitələrinin payına düşəcək. Lakin mövcud litium hasilatı layihələri bu sürətli artımı tam şəkildə qarşılaya bilmir.
Ekspertlər hesab edirlər ki, yaranacaq fərqi aradan qaldırmaq üçün böyük həcmli investisiyalara ehtiyac var. Batareyaların təkrar emalı müəyyən qədər kömək etsə də, bu sahənin genişmiqyaslı tətbiqinin 2040-cı illərə qədər tam formalaşacağı gözlənilmir.
Hesabatda vurğulanır ki, litium çatışmazlığının qarşısını almaq və tələbatı qarşılamaq üçün 2050-ci ilə qədər təxminən 276 milyard dollar həcmində investisiya tələb olunur.
Bundan əlavə, bərpa olunan enerji mənbələrinə keçid də litiuma olan tələbatı artırır. Şəbəkə miqyasında enerji saxlama sistemlərinə ehtiyacın artması nəticəsində bu sahədə istifadə olunan batareyalara tələb hər il təxminən 7 faiz artım göstərə bilər.
Eltac Zülfüqaroğlu
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?











