"Hyundai" Ioniq hibridini yeniləyib - FOTO

Hyundai şirkəti yenilənmiş Ioniq hibridini təqdim edib. Üç il ərzində model 60 min nüsxəlik tirajla satılıb. Yenilənmiş avtomobili sələfindən yeni bamperləri, başqa formalı radiator barmaqlığı və təkmilləşdirilmiş işıq texnikası ilə seçilir. Bundan başqa, avtomobilin rəng palitrasına üç yeni boya variantı əlavə edilib.

Salonda isə mərkəzi konsolun dizaynı dəyişdirilib: burada qara parlaq tərtibatı, 10,25-düymlük ekranı olan yeni multimedia sistemini, sensorlu düymələri olan idarəetmə blokunu görmək olar. Avtomobilin finksiyalarını smartfondakı tətbiqin köməkliyi ilə idarə etmək də mümkündür.
Seqmentdə ilk dəfə olaraq, xüsusi ekoloji zonalara daxil olan zaman model sərbəst şəkildə elektrik ötrüməsinə keçəcəkdir. Rekuperativ əyləcləmə sükanaltı dəstəklər vasitəsi ilə idarə olunduğu üçün, Hyundai Ioniq modelini əyləc pedalına toxunmadan sürmək olar.

Hibrid avtomobilin bütün modifikasiyaları hərəkət zolağına nəzarət və öndən qəzaları xəbərdar edən sistemləri ilə təchiz edilir. Avtomobil əlavə Eco+ rejiminə sahib olubdur ki, bu rejimdə elektronika fövqəladə hallar üçün enerji ehtiyatını qoruyub-saxlayır. Məsələn, qəfil sürətlənmə üçün.


Hibrid üçün təklif edilən güc qurğuları dəyişilməz qalıblar. Adi hibrid 105 at qüvvəli 1,6-litrlik atmosfer mühərriki, 6-pilləli iki muftalı «robot», 43,5 at qüvvəli elektromotor və 1,56 kilovat-saatlıq litium-polimer batareyası ilə təklif edilir. Məişət elektrik şəbəkəsinə qoşulan modifikasiya 1,6-litrlik mühərrik, 61 at qüvvəli elektromotor və 8,9 kilovat-saatlıq batareya ilə təchiz edilir. belə avtomobil sırf elektrik ötürməsi ilə 50 kilometr qət edə bilər.
Loniq modelinin elektrik versiyasını da restaylinq gözləyir. Bütün yenilənmiş modellər mart ayında keçiriləcək Cenevrə avtosalonunda təqdim ediləcəkdirlər. (Autograph)
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA










